Ukrayna Xersonda silah-sursat anbarını vurdu – Video

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Novaya Kaxovka şəhərində silah-sursat anbarını vurub.

Sozcu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin “Cənub” operativ komandanlığı yayıb.

Məlumata görə, Ukrayna ordusunun raket-artilleriya bölmələrinin endirdiyi zərbələrdən sonra sözügedən silah anbarında güclü partlayış və yanğın baş verib.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə hələ ki məlumat verilməyib.

Xatırladaq ki, Rusiya ordusu hərbi əməliyyat zamanı Ukraynanın Xerson vilayətinə nəzarəti ələ keçirib.

Facebook Comments