“Heç kim mənə inanmır” – Bred Pitt xəstədir

Hollivud ulduzu Bred Pitt sağalmaz xəstəlikdən əziyyət çəkdiyini və bunun həyatına ciddi formada təsir etdiyini söyləyib.

Sozcu.az xəbər verir ki, 58 yaşlı aktyor insanları üzdən tanımaqda çətinlik çəkdiyini, onları unutduğunu deyib. Prozopaqnoziya xəstəliyi olan Pitt bu səbəbdən məclislərdə və ya tədbirlərdə dostlarını xatırlaya bilmir. O vurğulayıb ki, buna görə qohumları onu eqoist, təkəbbürlü hesab edirlər.

“Heç kim mənə inanmır” deyə, aktyor əlavə edib.

Facebook Comments