Şabranda ağır qəza: ölənlərin sayı 3-ə çatdı

Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu Gəndob kəndindən keçən hissəsində baş verib.

Belə ki, VAZ-2107 və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı və ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Hadisənin təfərrüatı araşdırılır.

***

Şabranda avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb.

Ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin şəxsiyyəti məlum olub.

Bunlar, 1957 -ci il təvəllüdlü Nazim Məhəmməd oğlu Səlimov, 1961 -ci il təvəllüdlü Zülfət Seyfulla Səlimova qızı və 1986 -cı il təvəllüdlü Aydın Əlif oğlu Məmmədovdur.

Faktla bağlı araşdırmalara başlanılıb.

Facebook Comments