SEPAH-ın Telegram kanalından Azərbaycana qarşı DAHA BİR TƏHDİD – FOTO

SEPAH yenə Azərbaycana qarşı təhdidedici paylaşım edib.

Sozcu.az xəbər verir ki, SEPAH həmişəki kimi öz dağıdıcı və təxribat xarakterli mövqeyini ortaya qoyub.

İyulun 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tehrana səfəri zamanı İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb. SEPAH bu görüşə “özünəməxsus” münasibət bildirib.

Belə ki, Azərbaycan və İran bayraqlarından foto paylaşan kanal buna qərəzli şərh verib.

“Sionist rejimin şimal sərhədlərimizdəki müttəfiqləri bilməlidirlər ki, biz tozları təmizləmək üçün süpürgədən istifadə edirik. Amma bəzən lazım gəldikdə “Fateh”i (İranın ballistik raketi) də işə salırıq…”, – deyə yazıb.konkret

Facebook Comments