“Pike Şakiradan ayrıldıqdan sonra əziyyət çəkir”

“Barselona”nın prezidenti Joan Laporta məşhur muğənni Şakiradan ayrılan futbolçusu Jerar Pikenin durumu haqda danışıb.

Sozcu.az “Hola”ya istinadən xəbər verir ki, Kataloniya klubunun müdafiəçisi ilə müğənni 12 illik münasibətdən sonra ayrılıblar. Buna futbolçunun sevgilisini aldatmasının səbəb olduğu bildirilirdi. Laporta isə açıqlamasında oyunçunun Şakiradan ayrıldıqdan sonra əziyyət çəkdiyini deyib:

“Pikeəziyyət çəkir. Təsəvvürümüzdə oyunçuların şöhrəti, pulu və bəyəndiyimiz hər şey canlanır. Amma onlar da insandır. Pike isə böyük insandır. O, komandanın kapitanlarından biridir. Pike çox şanslı idi və komandamıza çox şey verdi. O, əla şəraitdə olmamasına baxmayaraq, azarkeşlərin hər cür dəstəyinə və sevgisinə layiqdir. Pikeni qeyri-ciddi, hisslərdən məhrum bir insan kimi göstərməyə çalışan xəbərlərə qulaq asmayın. Xoşbəxtəm ki, onu tanıyıram. Pike əziyyət çəkən qeyri-adi bir insandır. Biz isə ona kömək etməliyik”.

Qeyd edək ki, Şakira və Pikenin 2 oğulları olsa da, onlar evlənməmişdilər.

Facebook Comments