Azərbaycanda sahələrdən ümumilikdə 1,36 mln. tondan çox taxıl yığılıb

Aran bölgələrində arpa biçini yekunlaşmaq üzrədir, artıq əksər rayonlarda kütləvi buğda biçininə başlanıb.

Kənd Təsərrüfatı Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, 61 rayonda aparılan taxıl biçini üzrə sahələrdən ümumilikdə 1 364 844 ton məhsul yığılıb. Biçin prosesinə 1503 taxılbiçən kombayn cəlb olunub.

Biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, ötən illərdə olduğu kimi bu il də biçin prosesində texnika ilə təminatda problem olmayacağını söyləməyə əsas verir.

Facebook Comments