Maşını Samur-Abşeron kanalına aşırdı: ölən var

İyunun 27-də saat 22 radələrində Quba rayonunun Hacıhüseynli kəndi ərazisində Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb.

Daxili İşlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, nəticədə sürücü sudan çıxarılıb, onun sərnişini Rəvan Əmirov isə suda boğulub.

Facebook Comments