“Bu ac-yalavac insanların da əmək haqqını, pensiyasını qaldırmaq lazımdır…”

“Elə deputat var ki, o qədər varlıdır öz var-dövlətini qorumaq üçün deputat seçilib. Onun heç deputatlıqdan xəbəri yoxdur. Elələri də var ki, doğrudan da deputatdır, işləyir, aldığı əmək haqqından ondan kömək istəyən insanlara yardım edir. Mən demirəm deputatların maaşı artmasın, başqa ölkələrdə deputatların maaşı çox yüksəkdir”.

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov bununla yanaşı, insanların əmək haqlarının qalxmasının, uşaqpulunun verilməsinin də vacib şərtlərdən biri olduğunu bildirib:

“Bu ac-yalavac insanların da əmək haqqını, pensiyasını qaldırmaq lazımdır. İki yüz manatla insanlar dolana bilmir. Bütün dünyada uşaqpulu verilir, bizdə də verməlidirlər. Qanunla əgər bir dövlət uşaqpulu verə bilmirsə, kasıb dövlətdirsə, Birləşmiş Millətlər Təşkilatına müraciət edir və BMT uşaqpulunu ödəyir. Bu uşaq böyüyüb dövlətin əsgəri olacaq, amma zəif olacaq.

Şəhid ailələrinə diqqəti artırmaq lazımdır, qazilərimizə münasibəti tamamilə dəyişməlidirlər. Küçələrdə görürük ki, qazilərimiz şikayət edir. Buna baxmırlar, bəzi məmurlarımız problemə laqeyd yanaşırlar. Bir şeyi də deyim ki, biz bir millət olaraq hər şeyi də dövlətin üstünə yıxmalı deyilik. Bizim içimizdə çoxlu imkanlı iş adamları var, bu iş adamları müəyyən ehtiyacı olan insanları öz öhdəsinə götürməlidir. Bunu da nəzərə almaq lazımdır. Yəni bir millət olaraq formalaşmalıyıq. Pulları yığıb gizlətməklə deyil axı. Əgər belə olsa, onda heç bir adam şikayət etməz”.

Facebook Comments