Türkiyədə ölüm hökmü bərpa edilir – Nazir

Türkiyə ölüm hökmünün ləğvi ilə bağlı 2004-cü il qərarına yenidən baxmağa hazırdır.

Sozcu.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

“Prezidentin şərhləri bizim üçün göstərişdir. Biz nazirlik olaraq bunun üzərində işləməyə başladıq”, – nazir söyləyib.

Qeyd edək ki, ölüm hökmünün qaytarılmasının zəruriliyi ilə bağlı məsələni Türkiyə lideri Tayyib Ərdoğan ölkədə baş verən meşə yanğınları ilə bağlı bir daha qaldırıb.

Facebook Comments