122-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 122-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 34 700 hərbçi, 1 511 ədəd tank, 3645 ədəd zirehli döyüş maşını, 764 ədəd artilleriya sistemi, 241 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 99 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarə, 184 ədəd helikopter, 2560 ədəd avtomobil texnikası, 626 ədəd PUA, 137 qanadlı raket itirib.

Facebook Comments