Bunu etsəniz, “WhatsApp”da sizi görə bilməyəcəklər

“WhatsApp”da daha bir gizli xüsusiyyət aşkarlanıb.

Sozcu.az azxəbər-ə istinadla xəbər verir ki, “WhatsApp”ın məlum xüsusiyyətləri ilə yanaşı, çox adamın bilmədiyi gizli xüsusiyyətlər də var. Bu gizli xüsusiyyətlərdən biri də istifadəçilərin adlarını başqaları üçün görünməz etməkdir.

Tətbiq istifadəçilərə boş ad yaratmağa icazə verməsə də, sadə bir hiylə ilə məxfiliyi qorumaq üçün adınızı gizlədə və ya boş buraxa bilərsiniz.

“WhatsApp”da sizi “görünməz” edəcək gizli yol budur:

– Əvvəlcə mobil və kompüterinizdə “Whatsap”ı açın.

– Sonra bu iki simvolu kopyalayın ⇨ ຸ

– Sonra “Whatsapp”da Parametrlərə keçin.

– Cari Whatsapp adınıza və sonra qələm işarəsinə toxunun.

– Ox simvolunu silin (⇨ onu silin, sağ işarə qalacaq) və adınızı dəyişmək üçün OK üzərinə klikləyin.

– Və WhatsApp-da adınız boş qalacaq.

Məlumata görə, kimsə sizi “WhatsApp” qrupuna əlavə edərsə, sizi kontakt kimi əlavə etmədikcə adınızı görə bilməyəcək.

Facebook Comments