Ekspert: “Büdcə dəyişiklikləri sənədi çox ustalıqla hazırlanıb, oxuyursan, labirintə düşürsən”

“2022-ci ilin büdcə dəyişikliyi ən çox məmurlara düşdü. Büdcə xərclərinin 2.4 mlrd. manat artımı ilə yanaşı xərclərin strukturunda da təxminən 500 milyon manatlıq dəyişiklik aparılır. Bu dəyişikliklər nəticəsində əmək ödənişi xərcləri mərkəzi idarəetmə və hüquq-mühafizə orqanları üzrə orta hesabla 25%, yerli icra hakmiyyəti orqanları üzrə 45%-ə yaxın artır”.

Sozcu.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev bildirib.

R.Ağayev qeyd edib ki, büdcə dəyişiklikləri sənədi çox ustalıqla hazırlanıb: “Oxuyursan, labirintə düşürsən. Gərək yüzlərlə rəqəmi tutuşdurub bir çox dəyişikliklərin necə və harda baş verdiyini görə biləsən. Halbuki bu əziyyətdən qurtulmaq üçün şəffaf və detallı bir izahat yetərlidir”.

Facebook Comments