Ronaldonun 2 milyon avroluq maşını qəzaya uğradı

İspaniyanın Mayorka adasında “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldoya məxsus “Buqatti Veyron” qəzaya uğrayıb.

Sozcu.az xəbər verir ki, məlumatı “San” yayıb.

Ailəsi ilə birlikdə Mayorkada istirahətdə Olan portuqaliyalı futbolçu qəza zamanı avtomobildə olmayıb. Avtomobili Ronaldonun əməkdaşı idarə edib. Sürücü idarəetməni itirib, yaşayış binasının yanındakı divara çırpılıb.

Hazırda bu işlə İspaniya polisi məşğul olur. 400 km/saatdan çox sürətə çata bilən avtomobilin qiyməti təxminən 2 milyon avrodur.

Facebook Comments