Azərbaycan “Aİ-95″in idxalını 36% azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 29 120,83 min ABŞ dolları dəyərində 29 980,66 ton “Aİ-95” (“Premium”) markalı avtomobil benzini idxal edib.

Sozcu.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni ayları ilə müqayisədə “Aİ-95” idxalı dəyər ifadəsində 6,5%, həcm ifadəsində isə 35,8%, azalıb.

Xatırladaq ki, ötən il Azərbaycana 111,106 mln. ABŞ dolları dəyərində 147 412,23 ton “Aİ-95” markalı benzin idxal edilib, illik müqayisədə idxal olunan benzinin həcmi 52%, dəyəri isə 89,6% artıb.

Facebook Comments