Tarixi qərar qəbul edildi, gürcüstanlıları təbrik edirəm – Qaribaşvili

İyunun 17-də Avropa Komissiyası tarixi qərar qəbul etdi, hər bir Gürcüstan vətəndaşını təbrik edirəm.

Sozcu.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, Avropa Komissiyasının tövsiyəsində qeyd olunduğu və Şuraya ünvanlandığı ikinci məsələ ondan ibarətdir ki, prioritetlər və şərtlər yerinə yetirilən kimi Gürcüstana Avropa Birliyinə namizəd ölkə statusu verilməlidir:

“İyunun 17-də Avropa Komissiyası tarixi qərar verdi. Tarixdə ilk dəfə olaraq Avropa Komissiyası Avropa Şurasına tövsiyə etdi ki, Gürcüstana perspektiv verilsin. Bu, həqiqətən də tarixi qərardır. Ona görə də mən hər bir Gürcüstan vətəndaşını bu tarixi qərara görə təbrik edirəm. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Avropa Komissiyasının tövsiyəsində qeyd olunduğu və Şuraya ünvanlandığı ikinci məsələ ondan ibarətdir ki, prioritetlər və şərtlər yerinə yetirilən kimi Gürcüstana Avropa Birliyinə namizəd ölkə statusu verilməlidir”.

Baş nazir onu da bildirib ki, tövsiyələrin əksəriyyəti Gürcüstan hökumətinin artıq gündəmində var, lakin bəzi məsələlər dəqiqləşdirilməlidir:

“İndi Şura bu tövsiyələri təsdiq edən kimi biz, əlbəttə ki, Brüssellə bu barədə işə başlayacağıq. Bu tövsiyələrin əksəriyyəti artıq gündəmimizdə var. Lakin bəzi məsələlər var ki, onları dəqiqləşdirməliyik və çalışıb namizəd statusu alacağıq”.

Facebook Comments