Laçını talan edən ermənilər: “Buna sülhməramlılar şərait yaradır”

Laçın dəhlizinin tezliklə Azərbaycana verilməsi gözlənilir. Artıq orada yaşayan ermənilər bölgəni tərk etməyə başlayıb. Düşmən xarakterinə uyğun olaraq yenə ərazidə infrastrukturu dağıdır, ekologiya və təbiətə ciddi ziyan vurur, tarixi abidələri məhv edir. Təəssüf ki, bütün bunlar rus sülhməramlılarının gözləri qarşısında baş verir.

Milli Məclisin deputatı Elman Məmmədov Yenisabah.az-a açıqlamasında deyib ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli razılaşmaya əsasən ermənilərə şərait yaradıldı ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan həmin ərazilərdən gediş-gəliş təmin olunsun. Onun sözlərinə görə, qarşı tərəf verilmiş bu şansdan özünün çirkin məqsədləri üçün istifadə edib: “Ermənilər harada yaşayıblarsa, həmin əraziləri talan edib, tarixi abidələri və infrastrukturu yararsız hala gətiriblər. Hələ 2020-ci ilin noyabrında emənilərin bölgələrimizi tərk edərkən yandırdığı meşələri, dağıdtıqları evləri və digər vəhşiliklərini gördük və dünyaya göstərməyə çalışdıq.

Təəssüf ki, bütün bunlar rus sülhməramlılarının gözü qarşısında baş verir. Hesab edirəm ki, sülhməramlıların Azərbaycandakı fəaliyyəti təhlükəsizliklərini təmin etdikləri cinayətkar və separatçı ermənilərin fəaliyyəti ilə üst-üstə düşür. Bütün bunların sülhməramlıların gözü qarşısında baş verdiyini demək azdır. Çünki belə halların baş verməsinə sülhməramlılar özləri şərait yaradır. Məncə, ermənilərlə birlikdə rus sülhməramlılarının da bölgələrimizi tərk etməsi vacibdir. Çünki onlar sülhü təmin etmir, əksinə, erməni separatçılarını, terroruçu erməni birləşmələrini himayə edir. Belə olan halda sülhməramlılar bizim nəyimizə lazımdır?”

Facebook Comments