“Varlılar mənə yaxşı pul ödəməlidirlər”

Xalq artisti Bilal Əliyev də TikTok istifadəçisi olub.

Sozcu.az xəbər verir ki, müğənni ötən gün ilk dəfə canlı yayıma girib. İzləyicilər isə ondan toy qiymətlərini soruşub.

B.Əliyev suallara “Adamlar var onların məclisinə pulsuz gedirəm. Adam var imkanı ortadır və ondan az pul alıram. Yaxşı pulu olandan isə yaxşı pul alıram. Varlı mənə yaxşı pul ödəməlidir. Onlar bunu etməlidirlər ki, mən də kasıblara əl tutum”.

Facebook Comments