Güneyli məhbusun anası ictimaiyyətə müraciət edib: “Oğlumun azad olunmasına yardım edin”-VİDEO

Urmulu məhbusun anası Fəridə Məhəmmədi oğlunun həyatının təhlükədə olduğunu bildirir.

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərindən olan işçi hərəkatının fəalı Valeh Zamaninin anası Fəridə Məhəmmədi ictimaiyyətə və insan haqları təşkilatlarına müraciət edərək oğlunun həyatının təhlükədə olduğunu deyib və onun azad olunmasına yardım etmələrini istəyib.

O, yaydığı müraciətdə oğlunun kəskin qaraciyər xəstəliyi və hepatitdən əziyyət çəkdiyini, ciddi müalicə və dərmanlardan istifadəyə ehtiyacı olduğunu bildirib.

Fəridə Məhəmmədi Valeh Zamaninin bundan bir müddət öncə cərrahi əməliyyat olunduğu üçün davamlı dərman qəbul etməli və həkim nəzarətində saxlanılmalı olduğunu qeyd edib.

Valeh Zamani 15 iyun tarixində ailəsi ilə qısa müddətli telefon danışıı zamanı mayın 30-da İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığını, üç gün dindirildikdən sonra Tehranın Evin zindanının 240-cı bölməsinə köçürüldüyünü bildirib.

Facebook Comments