Həqiqətlərin işığında….( 3-cü hissə)

Tural Zeynalovun həm seçkidəki fəaliyyəti, Qarabağ döyüşlərində əsgərlərimizə dəstəyi, həmçinin sonrakı mərhələdə şəhid ailələrinə qayğısı, sayğısı, göstərdiyi ehtiram insanlar arasında ona böyük nüfuz gətirirdi. Tural Zeynalovun nüfuzunun böyüməsi, xalq arasında hörmətinin artması heç şübhəsiz ki, Şəmkir Rayon İcra Hakimiyyətini, Polis İdarəsini ciddi şəkildə narahat edirdi. Qarabağ döyüşləri zamanı Tural Zeynalov “qarantin qaydaları”nı pozmaq adı ilə 10 sutkalıq inzibati həbsə göndərildi. 8 noyabr günü insanlar Qarabağ savaşının bitməsini qeyd edirdi. Tural Zeynalov isə Şəmkir Rayon Polis İdarəsinin binasında dəmir barmaqlıqlar arasında həmin günü qeyd edirdi. Gördüyü işlərin qiymətini belə vermişdilər. Bu başlanğıc idi. Daha çirkin planlar qurulmaqda, Tural Zeynalova qarşı düşmənçilik davam etməkdə idi. Tural Zeynalovun şəhid ailələrinə dəstəyi, Xususi olaraq Şəmkir Şəhid Ataları Birliyinin ərsəyə gəlməsindəki fəaliyyəti nufuzları sıfıra bərabər olanları hərəkətə keçirmişdi. Ora-bura donoslar yazmağa, qaralama kompaniyası aparmağa başlamışdılar. Tural Zeynalovun ortaya qoyduğu iradə nəticəsində Şəmkirdən olan 60-dən artıq şəhidimizin anım və doğum günlərində bütün şəhid ailələri birlikdə hərəkət etmiş, bərabər şəkildə şəhidlərimizi anmışdılar. Bütünlükdə Tural Zeynalovun gördüyü işlər onun səmimiyyətindən, vicdanından və təmiz ruhundan doğurdu. Kimlərsə başqa adlar qoysada, mənalar versədə Tural Zeynalovun gördüyü işlərin əsl mahiyyətini Şəmkirin ləyaqətli insanları bilməkdədir. Bu qədər görülən işlərdən sonra Zeynalovlar ailəsinə məxsus Qala restoranının mülki polislər tərəfindən basılması, Allahverdi Zeynalovun itələnərək yıxılması, Tural Zeynalovun gözünə qaz vurulması, Polis idarəsinin Cinayət Axtarış bölməsinin rəisinin otağına aparılaraq kəllə ilə vurularaq burnunun əzilməsi, şərlənərək saxta məhkəmə qərarı ilə həbsə göndərilməsi, ləyaqətini vəzifəsinə satan polislər tərəfindən üzünə durulması Tural Zeynalovun millət, vətən, dövlət yolunda xidmətlərinə sədd yaratmaq idi. Bu gün Tural Zeynalov gənc ömrünü həbsxana divarları arasında keçirirsə bunun səbəbkarları doğrulara, dürüstlərə, ləyaqətli adamlara qənim kəsilənlərdir. Bunu edənlər ilk öncə Allah, sonra isə qanunlar qarşısında cavab verəcəkdirlər.

Son

Ceyhun Nəbi – Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü az xəbər portalının redaktoru

Facebook Comments