Gəncəyə göndərilən qrupun təqdim edəcəkləri gizli “dosye” Niyazi Bayramovu “bitirəcəkmi”..?

Deyəsən Gəncənin icra hakimiyyəti başçısı Niyazi Bayramovun başının üstündə qara buludlar dolaşır. Ölkənin ikinci paytaxtındakı mənbələrimizdən Moderator.az-a verilən məlumata görə, Niyazi Bayramovun 4 illik fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini yoxlamaq üçün düyməyə basılıb və Gəncədən Bakıya gedən çoxsaylı şikayət məıktubları, çeşidli etirazları səssizcə yoxlamaq üçün Prezident Administrasiyasından şəhərə bir “ekip” göndərilib.

Onlar şəhər təsərrüfatındakı nöqsanları, park və küçələrdəki natəmizliyi, yolların bərbad olmasını və ağacların, “qazon”ların baxımsızlıqdan qurumasını lentə alaraq gəldikləri kimi də Bakıya dönüblər. Şəhidlərin iddiasına görə, Bakıdan göndərilən çəkiliş qrupu hətta Göygöl rayonunun inzibati ərazisi hesab olunsa da Gəncə şəhərinin balansında olan Hacıkənd qəsəbəsinə də baş çəkərək orada da çəkilişlər aparıblar. Maraqlıdır ki, Gəncənin icra strukturlarından kimsə həmin çəkilişdən ya xəbərsiz olub, ya da ümumiyyətlə onlaru bu prosesə cəlb etməyi lazım bilməyiblər. Hər halda gələn xəbərlərdən belə anlaşılır ki, Bakıda Gəncənin icra başçısının fəaliyyətindən məmnun deyillər və tezliklə onu yeni və gənc bir kadrın əvəzləyəcəyi gözləniləndir.

Facebook Comments