Hərbi Prokurorluğun qarşısında aksiya – Xanlar Vəliyevin istefası tələb edildi

Bu gün “Tərtər cinayəti” qurbanlarının yaxınları Respublika Hərbi Prokurorluğunun binası qarşısında aksiya keçirib.

Sozcu.az-ın xəbərinə görə, yaxınlarına qarşı baş vermiş cinayətin istintaqının obyektiv aparılmadığını iddia edən vətəndaşlar hərbi prokuror Xanlar Vəliyevin istefasını tələb edib.

Hərbi Prokurorluqdan çıxan bir neçə nəfər insanları sakitləşdirməyə çalışıb.

Aksiyada diqqəti çəkən məqamlardan biri də polis zorakılığının olmamasıdır.

Facebook Comments