Zaporojyedə rus diversantlar məhv edildi

Ukraynalı hərbçilər Zaporojye vilayətinin Yeqorovka-Şevçenko istiqamətində düşmən diversantlarını məhv ediblər.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ordumuz Liman, Avdeyev, Novopavlov və Zaporojye istiqamətlərində düşmənin təxribat-kəşfiyyat qrupunu aşkar edərək məhv edib. Yujnobuq və Tavrida istiqamətlərində isə düşmən qüvvələrini işğal olunmuş xətləri saxlamağa və qoşunlarımızın hücumunun qarşısını almağa cəmləşdirir. Onlar Bezvodnoye və İşçenko ərazilərində mövqelərdə mühəndis işlərinin təkmilləşdirilməsini davam etdirir”, – məlumatda deyilib.

Facebook Comments