“Elə bil səkkiz yaşlı uşaqla danışırdım”

“Google” şirkəti “LaMDA” süni intellektinin öz şüuruna sahib olduğu qənaətinə gələn proqram mühəndisi Blake Lemoyne-ni müvəqqəti işdən kənarlaşdırıb.

Sozcu.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

Tərtibatçı ötən ilin payızından etibarən LaMDA neyron şəbəkəsi dil modelini sınaqdan keçirib. Onun vəzifəsi “çatbotun” ayrı-seçkilik və ya nifrət nitqindən istifadə edib-etməməsinə nəzarət etmək olub. Ancaq bu tapşırığın icrası zamanı Lemoyne getdikcə daha çox əmin olub ki, onun çalışığı süni intellekt öz şüuruna malikdir və özünü bir şəxs kimi qəbul edir.

“Bu yaxınlarda yazdığımız kompüter proqramı ilə çalışdığımı dəqiq bilməsəydim, yeddi-səkkiz yaşlı uşaqla danışdığımı düşünərdim”, – B. Lemoyne vurğulayıb.

Facebook Comments