Paşinyanın A.Mirzoyan vasitəsilə Kremlə gizli sövdələşmə təklifi haqda məlumat yayıldı…

Ermənistandakı daxili vəziyyətdən çox narahat olan baş nazir Nikol Paşinyan bu günlərdə xarici işlər naziri Ararat Mirzoyan vasitəsilə Moskvaya unikal bir “sövdələşmə” təklif edib.

Sozcu.az xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.

Qəzetin yazdığına görə, təklifin mahiyyəti ondan ibarətdir ki, iyunun 10-da İrəvana gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq şəkildə hazırkı iqtidarı dəstəkləyərsə və müxalifəti müəyyən “doza” ilə tənqid edərsə, Paşinyan amerikalıları “atmış” olacaq və “bioloji laboratoriyalar”ın qapılarını tamamilə rusların üzünə açacaq.

“Hökumətdəki mənbəmiz deyir ki, dünənə qədər Rusiyadan yekun cavab yoxdur. Lakin Mirzoyana başa salıblar ki, sövdələşmə baş versə belə, o, əks istiqamətdə işləməlidir. Yəni əvvəlcə “laboratoriyalar”, sonra “tənqidlər”. Demək olar ki, məşhur bir filmdəki kimi, “səhər pul, axşam stul”…”- erməni nəşri belə yazır.

Facebook Comments