“Bu haqlı davada ərəblərin yanındayıq”-Güney təşkilatları Abadan olayları ilə bağlı bəyanat yaydı

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinə üzv olan təşkilatlar ​​​​​​​Abadan olayları ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bir neçə gün bundan öncə İranın Əhvaz vilayətinin Ebadan (Abadan) şəhərində Metropol adlı bir bina çökərək çox sayda insanın ölümünə, yaxud xəsarət almasına nədən oldu.

Əsasında bir ərəb şəhəri olan və bu gün də əhalisinin böyük hissəsi ərəb olan o bölgədə o gündən bu günə etirazlar davam etməkdədir və hər zaman olduğu kimi İran əmniyyət gücləri bildikləri tək yol yanı şiddətə baş vurmuşlardır.

Təbii ki bölgə xalqı ortaya çıxan bu fəlakəti İran rejiminin içində boğuldu sistematik fəsadla əlaqələndirməkdə və bu səbəblə etirazlar çoxdan “Metropol” binası hadisəsini aşıb və anti-rejim mahiyyət alıb.

Özəlliklə bölgənin ərəb milləti yüz ili aşqın bir sürə İran mərkəzi hökumətinə hakim olan fars milliyyətçiliyinin ən böyük qurbanlarından olduğu üçün bu gün daha böyük bir öfkə duymaqda və etirazlarda önəmli rol oynamaqdadır”-deyə, bəyanatda bildirirlir.

Sənəddə qeyd olunur ki, Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi o bölgədə yaşayan bütün insanların o cümlədən məzlum ərəb millətinin acı və kədərini paylaşır:

“Bu haqlı davada özümüzü onların yanındayıq.

Təbii ki bu gün İran adı ilə tanınan ölkədə xalqların düşdüyü bu acınacaqlı durumun bilavasitə sorumlusu İran rejimi və başda bütün ipləri əllərində tutan Xameneyi və SEPAH-dır.

Sivil və demokratik yollarla etiraz etmək isə İranda yaşayan məzlum millətlərin ən doğal haqqıdır və bu etirazlara şiddət qarışmasının da sorumlusu yenə İran rejimidir. Bizə görə, İran adlanan ölkədə bütün millətlər, o cümlədən Azərbaycan Türk Milləti də bu etirazlara dəstək verməli, faşist və irqçi İran rejiminin sömürgəçiliyinə son qoymalıdır”.

Bəyanatı Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinə üzv olan təşkilatlar:
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP) və
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) imzalayıb.

Facebook Comments