95-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 95-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 30 150 hərbçi, 1338 ədəd tank, 3270 ədəd zirehli döyüş maşını, 631 ədəd artilleriya sistemi, 203 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 207 ədəd hərbi təyyarə, 174 ədəd helikopter, 2240 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 504 ədəd PUA, 48 ədəd xüsusi texnika, 116 qanadlı raket itirib.

Facebook Comments