“Texnika çatışmazlığı”: Rusiya 50-ci ilin T-62 tanklarını Donbasa göndərir – BRİTANİYA KƏŞFİYYATI

Rusiya quru qoşunları bu yaxınlarda Popasnanın şimal-qərbində bir neçə kəndi ələ keçirdikdən sonra Severodonetsk və Lisiçanskı mühasirəyə almaq səylərini davam etdirir, lakin Ukrayna qüvvələri nəzarəti saxlamağa çalışır.

Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

İcmalda qeyd olunur ki, Rusiya Severodonetski almaq istəyir. Baxmayaraq ki, Ukrayna bir neçə müdafiə sektoruna nəzarəti əlində saxlayır və Rusiyanı Donbas üzərində tam nəzarətdən məhrum edir.

Ukraynanın cənubundakı vəziyyətə gəlincə, Britaniya kəşfiyyatı qeyd edir ki, Rusiyanın Cənub Qüvvələr Qrupunun hələ də Ukraynanın cənubunu işğal etmək tapşırığı var.

Rusiya son günlər 50-ci illərin T-62 tanklarını anbardan çıxararaq Cənub Qrupunun məsuliyyət zonasına daşıyır.

Bu isə Rusiyanın müasir döyüşə hazır texnikasının olmamasını göstərir.

Bir gün əvvəl Britaniya kəşfiyyatı bəyan etmişdi ki, Rusiya Ukraynadakı hava-desant qoşunlarından lazımi şəkildə istifadə edə bilmir və bu, bir çox elit bölmələrdə böyük itkilərə səbəb olur.

Facebook Comments