Baydenin müşavirləri Ər-Riyada gizli səfər etdilər

ABŞ Prezidenti Co Baydenin iki müşaviri krallığı neft hasilatını artırmağa razı salmaq üçün gizli şəkildə Səudiyyə Ərəbistanına gəlib.

Sozcu.az xəbər verir ki, bu barədə “Aksios” ABŞ-ın hazırkı və keçmiş üç rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Yaxın Şərq və Şimali Afrika üzrə koordinator Brett Makqark və Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Hokşteyn mayın 24-də Ər-Riyadda səfərdə olublar.

“Ağ Ev Ər-Riyad və Təl-Əviv arasındakı münasibətləri həll etmək üçün Səudiyyə Ərəbistanı, İsrail və Misir arasında danışıqlara vasitəçilik edir. Deməli, Misir Qırmızı dənizdəki Tiran və Sanafir adalarını Səudiyyə Ərəbistanına verməlidir. Bundan əlavə, Vaşinqton Ər-Riyaddan neft hasilatını artırmağı xahiş edir. Bununla da Amerika prezidenti ABŞ-da aralıq seçkisinə qədər qazın qiymətini aşağı salmaq və Rusiya neftinə qarşı yeni sanksiyaların tətbiqinə nail olmaq istəyir”.

Facebook Comments