Zelenski hiddətləndi: Güzəştə get deyənlər…

Ukrayna Prezidenti Vladimir Zelenski bəzi Qərb siyasətçilərinin Kiyevin Rusiyaya müəyyən güzəştə getməsi gərəkdiyi ilə bağlı fikirlərinə sərt cavab verib.

Sozcu.az xəbər verir ki, prezident təcavüzkar dövlətin maraqlarının nəzərə alınması ilə bağlı irəli sürülən təkliflərdən hiddətlənib.

“Ukraynaya atılan minlərlə raket, on minlərlə öldürülən ukraynalılar, Buça və Mariupol, şəhərin dağıdılması, həmçinin Rusiyanın işgəncə düşərgələrinə baxmayaraq… Rusiya bunların hamısını Avropada etdi. Lakin istənilən halda hörmətli Kissincer kimi biri Davosda tarixin dərinliyindən çıxır və deyir ki, ölkənin bir hissəsini Rusiyaya verək. Belə bi hiss var ki, cənab Kissincer 20220-ci ildə deyil, 1938-ci ildə yaşayır. O, elə düşünürdü ki, Davosda deyil, Mühendə danışır”, – deyə Zelenski bildirib.

Facebook Comments