Kuleba: Qərbin buna kişiliyi çatmaz

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərb ölkələrinin Rusiyanın dəniz blokadası məsələsini güc yolu ilə həll edə biləcəyinə inanmır.

Sozcu.az xəbər verir ki, o, bu barədə Davosda keçirilən “Ukrayna səhər yeməyi” tədbiri zamanı bildirib.

“Əgər müharibənin ən faciəli anlarında NATO Ukraynanın səmasını bağlamadısa, indi niyə Qara dənizi açsın ki? Ukraynadan kənd təsərrüfatı məhsullarını ixrac etmək mümkün olsun deyə?

Mən bu qərarı ürəkdən alqışlayacağam, amma bu məsələnin güc yolu ilə həllini tapması üçün Qərb və digər ölkələrinin kişiliyinin və gücünün çatacağına inanmıram”, – Kuleba bildirib.

Facebook Comments