Əmanətlərin dollarlaşması azalıb

Azərbaycanda əhalinin əmanətlərinin artım tempi aprel ayında da davam edib.

Sozcu.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, hesabat ayında bankların əmanət portfeli 1.4% (139.6 mln. manat) artaraq 10,340.4 mln. manat təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması aprel ayında ötən aya nəzərən 2.7%, ötən ilin müvafiq dövrünə nəzərən isə 9.1% azalaraq 39.6% təşkil edib.

Facebook Comments