Bakıda 9 yaşlı uşağı avtomobil vurub

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Babayeva Nuray Zamiq qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Facebook Comments