Zahidan zindanında daha bir məhkum edam edilib

Mayın 31-i səhər saatlarında Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin zindanında narkotik maddələrin alverində ittiham olunan məhkum edam edilib.

Bəluç fəalların verdiyi məlumata görə, edam edilən şəxs 50 yaşlı İsmayıl Şəhbəxş Əbdül oğludur.

Məlumatda Şəhbəxşin 2019-cu ildə həbs edildiyi, məhkəmə zamanı o narkotik maddələrin alveri ilə bağlı barəsində irəli sürülən ittihamları qəbul etmədiyi bildirilib.

Qeyd edək ki, İran hökuməti bir sıra əyalətlərdə, özəliklə Sistan-Bəluçistan və Xuzistan əyalətlərində siyasi fəallar və müxalif şəxsləri narkotik maddə alverçisi ittihamı ilə edama məhkum edir.

Facebook Comments