Alış-verişi ən çox sevən BÜRCLƏR – SİYAHI

Bəzilərimiz ilk girdiyimiz mağazadan xoşumuza gələn məhsulu alıb çıxırıqsa, bəzilərimiz seçim etməyi bacarmır, yaxud da hər zaman daha ucuzunu axtarırlar. Eyni zamanda kimin üçünsə əyləncə olan alış-veriş, bəziləri üçün işgəncəyə çevrilə bilir.

Sozcu.az “bizim.media”ya istinadən xəbər verir ki, insanların alış-veriş zamanı bir-birindən fərqli davranış sərgilədiyi məlumdur və bu bürclərlə də bağlılıq təşkil edir.

Qoç

Sabah nə baş verməyəcəyini düşünməyən bürclərdən olan qoçlar pullarının qədrini bilmirlər. Tələskən və həvəsli olan bu bürcün nümayəndələri ilk dəfədən bəyəndikləri paltar və ya əşyaya sahib olmaq istəyirlər. Lakin bir neçə gündən sonra böyük həvəslə aldıqları məhsullar onlar üçün adiləşir və yenidən alış-veriş etmək onlar üçün vacib ehtiyaca çevrilir.

Buğa

Buğalar büdcələrinə uyğun davranmağı hər zaman diqqətdə saxlayırlar. Sabit zövqləri var və asanlıqla hər şeyi bəyənmirlər. Alış-veriş zamanı ehtiyac meyarı onlar üçün ilk kriteriyadır. Keyfiyyətli və bahalı məhsullar almağa üstünlük verirlər.

Əkizlər

Al-ver manyaklığına bariz nümunə məhz bu bürcün nümayəndələridir. Onlar alış-veriş etməkdən və bu mağazadan digərinə qaçmaqdan yorulmurlar. Dəyişkən xarakterli olduqları üçün zövqləri də tez-tez dəyişir. Alış-veriş onlar üçün səyahət və əyləncə deməkdir.

Xərçəng

Xərçənglərdə nostalji hissiylə yaşayırlar və bu onların alış-veriş tərzlərində də özünü göstərir. Onların zövqləini müəyyən etmək çətindir. Adətən hər kəsin xoşuna gəlməyən geyim və əşyaları seçirlər. Xərçənglər fərqli kombinasiyalar yaratmağı da yaxşı bacarırlar. Bəzən çox əliaçıq, bəzən də hədsiz xəsis ola bilirlər.

Şir

“Nə qədər bahalıdırsa, o qədər keyfiyyətlidir” düşüncəsi tam olaraq şirlər üçün deyilib. Onlar alış-verişə böyük təm-təraqla gedirlər və nə alacaqlarını əvvəlcədən ciddi şəkildə planlaşdırırlar. Lakin diqqətlərini çəkən nəyisə gördükdə bütün planlardan kənara çıxa bilirlər. Onları diqqətçəkən edən geyimlərə və aksesuarlara üstünlük verirlər.

Qız

Təxirə salmaq, fikir dəyişdirmək və ehtiyacdan əlavə şeylərə əl uzatmamaq qızların alış-veriş vərdişlərinin əsasını təşkil edir. Onlar onlayn formadan daha çox, mağazalardan alış-veriş etməyi sevrilər. Qızlar alacaqları məhsulun daha ucuzunu tapmağa çalışdıqları üçün buna çox uzun vaxt sərf edirlər. Onlar üçün həyatda dəbdəbəli və bahalı geyimlərdən daha vacib olan onlarla şey var.

Tərəzi

Ən seçici bürclərdən olan tərəzilər üçün keyfiyyət, görüntü, qiymət və digər bütün xüsusiyyətlər vacibdir. Onlar nəyisə almaqdan daha çox onu yoxlamağı sevirlər. Buna görə də, bəzən saatlarla mağazaları gəzdikdən sonra heç nə almadan evlərinə qayıda bilirlər. Pulları olmasa belə sırf maraqlarına görə alış-verişə çıxırlar.

Əqrəb

Əqrəb bürcü alış-verişdə qəti qərarlar verməyi sevir. Əgər bəyəniblərsə, o məhsulu alacaqlar. Qiymət və keyifyyət onlar üçün ikinci plandadır. Pullarının hesabatını yaxşı aparırlar. Yoxladıqları paltarın onlara yaraşdığını düşünürlərsə, heç bir tərəddüd və kənar fikir onların qarşısını ala bilməz.

Oxatan

Səyahət etməyi nə qədər sevirlərsə, alış-veriş etməyə də bir o qədər nifrət edirlər. Gəzinti zamanı gözləri nəyəsə sataşırsa, onu alırlar. Əvvəlcədən planlar qurmaq, geyimləri yoxlamaq yaxud da qiymət davasına çıxmaq oxatanların ağıllarından belə keçmir. Əgər bir məhsul xoşlarına gəlibsə, bütün pullarını ona xərcləyə bilərlər.

Oğlaq

Boş yerə alış-veriş etməyi sevmirlər. Onlara nə lazımdırsa, onu alırlar. Əvvəlcədən plan qurub ona uyğun hərəkət edirlər. Keyfiyyət oğlaqlar üçün ən önəmli kriteriyadır. Onlar gündəlik istifadə edəcəkləri məhsullara pul xərcləyirlər. Şüursuz formada alış-veriş etmək oğlaqlara görə deyil.

Dolça

Hər şeyi araşdırmaq, maraqlanmaq dolçaların adəti deyil. Onların oturuşmuş zövqləri var. Nə istədiklərini yaxşı bilikləri üçün onu harada tapacaqlarını da bilirlər. Onlayn alış-veriş dolçalar üçün daha cəlbedicidir. Çünki mağazaları gəzməyi vaxt itkisi hesab edirlər.

Balıqlar

Bu bürcün nümayəndələri alış-verişdə səliqəsiz və nizamsız üsluba malikdirlər. Onlar rahatlıqlarını pozmurlar. İstədikləri kimi gəzir, seçim etməyə tələsmirlər. Günün sonunda isə yalnız bir paltarla evə qayıda bilirlər. Lakin ümumilikdə balıqlar alış-veriş etməyi sevir və pul xərcləməkdən çəkinmirlər.

Facebook Comments