Rus ordusunun 12 texnikası məhv edildi

Mayın 21-də gün ərzində Rusiyanın 12 hərbi texnikası, o cümlədən “Solntsepek” tipli iki ağır alov qurğusu məhv edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat verib.

Bundan əlavə, işğalçılar Qara dənizdən Ukrayna ərazisinə növbəti dəfə “Kalibr” qanadlı raketləri ilə hücum ediblər. Vinnitsa bölgəsində Hərbi Hava Qüvvələrinin qırıcıları və zenit-raket qüvvələrinin daha bir bölməsi tərəfindən iki raket səmada məhv edilib.

Bundan əlavə, şərq istiqamətində Quru Qoşunlarının hava hücumundan müdafiə bölməsi tərəfindən “Orlan-10” PUA-sı vurulub.

Facebook Comments