“Putin intihar edəcək”

“Rusiyalı işğalçıların törətdikləri hərbi cinayətlər kriminologiya elmində yoxdur”

Rusiya prezidenti Vladimir Putin baş verənlərə nəzarəti itirib və o, intihar edəcək.

Sozcu.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində ukraynalı deputat, istefada olan milis general- leytenantı Mixail Tsimbalyuk bəyan edib.

“Mənə elə gəlir ki, Putin intihar edəcək, çünki o, baş verənlərə gercək nəzarəti itirib, onun Kiyevi bir anın içində zəbt etmək, “xüsusi əməliyyat”ı (əslində isə müharibə, bizim üçün Vətən müharibəsi olan) tez bir zamanda bitirmək kimi ideyaları- bütün bunların fərqində deyil. Ona görə də mən düşünürəm ki, bundan sonra onun yaşamaq perspektivi olsun”, – o, belə deyib.

Xalq deputatı hesab edir ki, Putin üçün intiharın alternativi ordunu oğurlayan, ordudan qazanc əldə edən, “özlərinə yaxtalar alan və xaricdə yerləşdirən Rusiya hərbçiləri tərəfindən məhv edilməsi olacaq”.

Daha sonra deputat rusiyalı işğalçıların törətdikləri cinayətlərdən danışıb.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin gedişində işğalçılar elə cinayətlər törədib ki, onlar kriminologiyada hələ yoxdur.

“Bunlar dəhşətli şeylərdir, kriminologiya dərsliklərinə, müharibənin aparılmasının izn verilməyən metodları haqqında dərsliklərə düşəcək və bu, birmənalıdır. Və dünya gələcəkdə buna necə yol verməməyi öyrənəcək. Üstəlik, elə nümunələr var ki, tarixdə olmayıb və kriminologiyada elmi onları necə təsnif etməyi hələ bilmir”, – o, belə deyib.

Jurnalist müsahibindən konkret misallar çəkməsini xahiş edib.

“Məsələn, həddi- buluğa çatmayanların avtomatlar altında, özləri kimi raşist formasında olan çoxlu sayda eybəcər məxluqların iştirakı ilə zorlanması”, – Tsımbalyuk cavab verib.

Belə hərbi cinayətlər arasında o, həmçinin işğalçıların dinc sakinlərin bombardmanlardan gizləndiyi sığınacaqlara qumbaralar atmasını qeyd edib.

“Belə bədheybətlərə ölüm hökmü kifayət etməz” – xalq deputatı belə hesab edir.

O, hərbi cinayətkarlar üçün Ukraynada ölüm hökmünün bərpası ideyasını səsləndirib.

“Məni bağışlayın, uşaqları məhv edən və zorlayan bu cındırları bütün bunlardan sonra vergiödəyicilərinin hesabına ömürlərinin sonunadək qidalandırmaq…mən bilmirəm cəmiyyətə münasibətdə bu, nə qədər humanist addım ola bilər”, – Tsımbalyuk bəyan edib.

O, Ukraynada baş verənlərə görə təkcə Putini ittiham etməyin yanlış olduğunu deyib.

“Bütün baş verənlər təsadüfi deyil. Yalnız Putini ittiham etmək və onun ölümü ilə hər şeyin düzələcəyini düşünmək yanlışdır. Mən dəfələrlə demişəm, Putin gedəcək, Rasputin gələcək. Yəni, bu elə dəhşətli bir şeydir ki, rusiyalıların qanındadır”, – o, belə deyib.

Deputat qeyd edib ki, o, rusiyalılara neqativ münasibət göstərənlərdən olmayıb, amma müharibə başqa mənzərəni göstərib.

“Baş verənlər onu deməyə əsas verir ki, bunlar əvvəlcədən proqramlaşdırılıb, qəsdən törədilib, göstəriş belə olub. Belə təəssürat yaranır ki, onlar haradasa təlim keçib, yoxsa dinc əhali ilə belə davranmaq, qadınları və uşaqları zorlamaq, qətlə yetirmək, alçaltmaq, içərisində mülki insanların olduğu maşınlara atəş açmaq- bunu ya narkotiklərin, ya da hansısa təbliğatın təsiri altında törətmək olar”, – Tsimbalyuk sözlərinə yekun vurub.

Facebook Comments