Poqbanın “Yuventus”a keçəcəyi dəqiqləşdi

“Mançester Yunayted” in yarımmüdafiəçisi Pol Poqba mövsümün sonunda “Yuventus”a keçəcək.

Sozcu.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, fransalı futbolçu azad agent kimi Turin klubuna qoşulacaq.

29 yaşlı oyunçunun “Yuventus”da illik 7,5 milyon avro maaşla 3 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Poqba 2012-2016-cı illərdə də “Yuventus” da çıxış edib.

Facebook Comments