Qarabağ Qaziləri Türkiyə sualtı gəmisində…

Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə qardaş ölkəyə səfər edən Qarabağ qaziləri Kocaeli şəhərində Türkiyə Hərbi Dəniz Qüvvələrinin 4 əsas Donanmalarından birində olub.

Sozcu.az xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin Komandanı Oramiral Ercüment Tatlıoğlu nümayəndə heyətini qəbul edib.

Dəniz Donanmasının ümumi fəaliyyəti ilə qısa tanışlıqdan sonra qazilər qardaş ölkənin sualtı gəmisində olub. Görüş gəmidə nahar ilə yekunlaşıb.

Facebook Comments