“Çelsi”nin transfer planı müəyyənləşdi

“Çelsi”nin yay transfer pəncərəsi üçün planları müəyyənləşib.

Sozcu.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.

Klubun siyahısında müxtəlif mövqelərdə oynayan futbolçular var. “Çelsi” Antonio Rüdiger və Andreas Kristensenin komandadan ayrılacağı üçün müdafiə xəttinə yeni oyunçular transfer etmək istəyir. “Zadəganlar” onların yerinə “Sevilya”dan Jül Kunde, “Atletiko”dan Xose Ximenez, PSJ-dən Presnel Kimpembe, “Brayton”dan Mark Kukurella və “Leyptsiq” dən Yoşko Qvardiolanı almağı nəzərdən keçirir.

“Çelsi” yarımmüdafiə xəttini isə bu oyunçularla gücləndirmək istəyir – “Vest Hem”dən Deklan Rays və “Monako”dan Aurelien Tkoumeni.

“Çelsi” hücumçu almaqda da israrlıdır. Lakin bütün arzu olunan hücumçular kifayət qədər bahadır. Ona görə də bu xətt üzrə transferlər futbolçuların satışından asılı olacaq. “Çelsi” “Bavariya”dan ayrılmağa yaxın olan Robert Levandovskini izləyir.

Facebook Comments