“Putinin simasını saxlamaq üçün Ukraynanın Rusiyaya verəcəyi heç nə yoxdur”

“Putinin simasını saxlamaq üçün Ukraynanın Rusiyaya verəcəyi heç nə yoxdur”

“Rusiya ilə Ukrayna arasında danışıqlar prosesi dayandırılıb, Kiyev Moskvanı “stereotip düşüncə”də ittiham edib”

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri və Ukraynanın danışıqlar qrupunun üzvü Mixail Podplyak bəyan edib.

“Rusiya Federasiyası hələ də özünün steteotip düşüncəsində qalır. Lakin istənilən müharibə danışıqlar masası arxasında bitir, mənə elə gəlir ki, bu prosesin moderatoru cənab Zelenski olacaq”, – bunu o, “Yedinıye novosti” telemarafonunda deyib.

Podolyak həmçinin vurğulayıb ki, Putinin simasını saxlamaq üçün Ukrayna nələrisə verməyə hazırlaşmır- cəmiyyətimizə bu, çox baha başa gəlib.

Bir neçə saat bundan öncə danışıqlara son verilməsi barədə Rusiya XİN rəhbərinin müavini Rudenko da bəyan edib.
O, məlumat verib ki, danışıqlar prosesindən çıxmağın təşəbbüskarı Ukrayna olub.

“Ukrayna faktiki olaraq danışıqlar prosesindən çıxıb”, – o, jurnalistlərə deyib. O, dəqiqləşdirib ki, danışıqlar heç bir formada aparılmır və Kiyevdən Rusiyanın təklif etdiyi müqavilə lahiyəsinə cavab alınmayıb.

Rudenko həmçinin qeyd edib ki, Dnestryanı üzrə də danışıqlar dalana dirənib. “Təəssüf ki, burada da danışıqlar dalana dirənib. Bizə məlum olduğu kimi, may ayında nəzərdə tutulan görüş, çətin ki, baş tutsun”, – Rudenko deyib.

Söhbət bu ayda Moldova, Dnestryanı, Rusiya, Ukrayna, ATƏT, Avropa İttifaqı və ABŞ nümayəndələrinin iştirakı ilə nəzərdə tutulan beynəlxalq görüşdən gedir.

Facebook Comments