Xaçmazda oğulun atasını qətlə yetirməsi ilə bağlı yeni xəbər

Baş Prokurorluq Xaçmaz rayonunda oğulun atanı qətlə yetirməsi ilə bağlı hadisəyə münasibət bildirib.

Sozcu.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə rayonun Niyazobad kəndində qeydə alınıb. Pərvin Nemətov münaqişə zəminində atası Hacıkərimi bıçaqla qətlə yetirib

Facebook Comments