Rusiyada inflyasiya son 20 ilin rekordunu qırdı

Rusiyada illik inflyasiya 2022-ci ilin aprelində martdakı 16,69%-dən 17,83%-ə yüksəlib.

Sozcu.az Report-a istinadən xəbərinə görə, 2022-ci ilin əvvəlindən qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə daha çox artıb və artımın 3/4-ü mart ayında baş verib ki, bu da 1998-ci ilin dekabrından artıq inflyasiya statistikası baxımından ən pis ay olub.

Aylıq istehlak qiymətləri 1,56% artıb. Apreldə ərzaq məhsulları mart ayına nisbətən 2,87%, illik isə 20,48% bahalaşıb. Ən çox qənd bahalaşıb – 67%. Bahalaşma digər ərzaq məhsullarına da daxildir: marqarin yağı – 12,9%, qara çay, kakao, qatılaşdırılmış süd, peçenye – 7,1-8,9%, süd, qatıq, mayonez, meyvə şirələri, qara bibər, duz, qazlı içkilər, mineral su, ketçup, dondurma, qəhvə, yaşıl çay, zəncəfil, çörək – 5,0-7,0% bahalaşıb.

Qeyri-ərzaq məhsulları aprel ayında 0,53%, illik isə 20,19% bahalaşıb. Apreldə xidmətlərin dəyəri aylıq 1,07%, illik isə 10,87% artıb.

Bundan əvvəl Mərkəzi Bank 2022-ci ilin qarşıdakı aylarında Rusiyada inflyasiyanın artacağını bildirib. Mərkəzi Bankın proqnozlarına görə, inflyasiya ilin sonuna kimi 18-23%-ə çata bilər.

Facebook Comments