Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Hüseynov Hüseyin Əmirxan oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Facebook Comments