İranda balahığa qarşı etirazlar başqa əyalətlərə yayılır-Etirazçılara atəş açılıb

Şəhri-Kurdda aksiyalar başlayıb.

Mayın 6-dan İranın Xuzistan əyalətində bahalığa və ərzaq mallarının qıtlığına qarşı başlayan etiraz aksiyaları başqa əyalətlərə yayılmaqdadır.

Mayın 12-i axşam saatlarında Çahar-Mahal və Bəxtiyari əyalətinin mərkəzi Şəhri-Kurrda kütləvi etiraz aksiyaları başlayıb.

Etirazçılar bahalıq və inflyasiya ilə bağlı narazılıqlarını bildirib, hökumət rəsmilərinə qarşı şüarlar səsləndiriblər.

“Yalançı Rəisi vediyin vədlərin nəticəsi hanı”-deyə, etirazçılar İran prezidenti İbrahim Rəisinin iqtisadi dirçəlişlə bağlı vədlərinin yalan çıxdığını deyiblər.

Bununla yanaşı Loristan və Kirmanşah əyalətlərində də əhalinin küçələrə axışdığı və hökumətə qarşı şüarlar səsləndirdiklərini əks etdirən videolar yayılıb.

Sosial media fəallarının gecə saatlarında Əndimeşk, Əhvaz, İzə, Culqan və Durud şəhərlərindən yaydıqları video və fotolara əsasən hökumət qüvvələri etirazçılara qarşı atəş açıb, çox sayda insanı yaralayıblar.

Dinc etirazçıların güllələnməsindən sonra hiddətlənmiş əhalinin Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində yerləşən İnqilab Keşikçiləri Korpusunun qərargahına hücum etdikləri bildirilir.

Qeyd edək ki. xüsusilə son günlər İranda ərzaq mallarını bahalaşması və qıtlığı bir çox şəhərlərdə əhalinin mağazalara hücum etməsinə, az miqdarda qalan malları talan etmələrinə səbəb olub.

İran rəsmilərinin qiymətlərin sabitləşdiriləcəyi və bazara ərzaq məhsullarının gətiriləcəyi ilə bağlı vədlərinin tərsinə, hər keçən gün qiymətlər bahalaşmaqda və məhsullar yoxa çıxmaqdadır.

Facebook Comments