Benzema Raula çatdı

La Liqanın 36-cı turunda hazırda davam edən “Levante” ilə matç “Real”ın futbolçusu Kərim Benzema üçün əlamətdar olub.

Sozcu.az xəbər verir ki, 34 yaşlı forvard görüşün 19-cu dəqiqəsində fərqlənib. Bu, Benzemanın “Real”da vurduğu 323-cü qol olub. Nəticədə fransalı oyunçu komandanın sabiq futbolçusu Raul Qonzalesə çatıb və bombardirlər siyahısında 2-ci pilləyə yüksəlib. Benzemaya belə göstərici üçün 603, Raula isə 741 matç lazım olub.

“Real”ın bombardiri Madrid təmsilçisində 450 qol vuran və hazırda “Mançester Yunayted”də çıxış edən Kriştiano Ronaldodur.

Qeyd edək ki, Raul 1994-2010-cu illərdə, Ronaldo isə 2009-2018-ci illərdə “Real”da oynayıb. Benzema 2009-cu ildən u komandann formasını geyinir.

Facebook Comments