Siyasi məhbus güneyli alimə dəstək üçün aclıq aksiyasına başlayıb

Kərəc zindannda saxlanılan siyasi məhbus Hüşəng Rzayi İsveç-İran vətəndaşı, güneyli alim Əhmədrza Cəlalinin edam hökmünün ləğv olunması istəyi ilə mayın 11-dən aclıq aksiyasına başlayacağını bildirib.

Mayın 10-da açıq məktub yazan Rzayi özünün 9 il edam hökmü altında saxlanıldığını, bunun ən ağır işgəncə olduğunu qeyd edib.

“Özüm 9 ildir məcburi etiraflar əsasında edam hökmü altında yaşadığım üçün bunun ən ağır işgəncə olduğunu, şallaq, döyülmək və başqa işgəncələrdən daha qorxulu təsir bağışladığını bildiyim üçün Əhmədrza Cəlalinin barəsində çıxarılan qərarın ləğv edilməsi üçün quru aclıq aksiyasına başlayacağam”-deyə, siyasi məhbus açıq məktubunda yazıb.

Hüşəng Rzayi bundan öncə müxalif təşkilata üzv olmaq, casusluq ittihamı ilə edam cəzasına məhkum edilib və sonradan edam 15 illik həbs cəzasına dəyişdirilib.

Bundan bir neçə gün öncə tanınmış siyasi fəal və hazırda Kərəc şəhərinin zindanında məhkumluq dövrünü yaşayan Fərhad Meysəmi Əhmədrza Cəlalinin edam hökmünün ləğv olunması istəyi ilə aclıq aksiyasına başlayıb.

Facebook Comments