Neymar: “Dünya çempionu olmaq üçün canımı verəcəyəm”

Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar Qətərdə keçiriləcək DÇ-2022 ilə bağlı gözləntilərini bölüşüb.

Sozcu.az goal.com-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu mundialın qalibi olmaq üçün əlindən gələni edəcəyini deyib:

“Bu mövsüm PSJ ilə Çempionlar Liqasını qazanmaq istəyirdim, amma təəssüf ki, buna nail ola bilmədik. İndi 2022-ci ili dünya çempionluğu ilə başa vurmaq istəyirəm. Həm fiziki, həm də mənəvi cəhətdən hazırlaşıram ki, hər şey yaxşı getsin və bu dəfə dünya çempionatının kubokunu Braziliyaya aparaq. Bu qələbə üçün canımı verəcəyəm. Mən turnirdə iki dəfə oynamışam və bunun nə olduğunu bilirəm. Hazır deyilsinizsə, o zaman fürsət şübhəsiz ki, sizdən yan keçəcək. Ona görə də onun qaçmasına icazə verməyəcəyəm”.

Qeyd edək ki, DÇ-2022 21 noyabr – 18 dekabr tarixlərində keçiriləcək.

Facebook Comments