Bakıda məktəbdə Qələbə günü qeyd edildi – SSRİ bayrağı, şagirdlərin də başında rus bereti – ŞOK FOTO

“Bakının 164 nömrəli orta məktəbində 9 May – Qələbə Günü qeyd edilib. Bu şəkildə qeyd olunmasına nə ehtiyac var!? Hazırda Rusiya mediası Kremlin sifarişi ilə II Dünya Müharibəsindəki qələbəni mənsimsəyir, xüsusilə azərbaycanlıların rolunu heçə endirir. Müharibədə 300 min azərbaycanlı həlak olub. Gec-tez Rusiya Azərbaycana da təcavüz etməyə çalışacaq. Biz indidən bu təcavüzə ideoloji zəmin hazırlayırıq!? Belə bir məqamda övladlarımızın başına rus beretkası, yaxasına Qələbə bantı vurmaq nə deməkdir!? Hələ arxalarındakı SSRİ bayraqlarını demirəm. Hazırda işğalçı Rusiya ordusu Ukraynaya bu “Qələbə bantları” ilə daxil olur”.

Sozcu.az-ın xəbərinə görə, bunu jurnalist Samir Feyruzov bildirib.

S.Feyruzov qeyd edib ki, lövhədəki “sülh göyərçinləri” diqqət çəkir: “Həqiqətən də Rusiya sülhpərvərdir!? Sabah bu uşaqlar elə biləcəklər ki, Rusiya Ulraynaya da, Qarabağa da sülh üçün daxil olub. Bəlkə bu biabırçı durumu yığışdırasınız… Rus əsgərləri 20 Yanvar qətliamını da başlarında bu beretkalarla törətmişdilər. Həmişə demişəm, bir daha deyirəm, övladlarınızın rus dilini bilməsini istəyirsinizsə, onları rus bölmələrinə qoymağa ehtiyac yoxdur. Biz rus dilini də bilməliyik. Amma öncə rus dilini yox, rusun dilini öyrənməliyik. 9 may təkcə rusun qələbəsi deyil. Qələbədən 3 il sonra SSRİ rəhbərliyi xalqımızı deportasiyaya məruz qoydu, dilimizi, tariximizi tapdaladı”.

Facebook Comments