39 illik evlilik bitdi

“Ruh ovçuları” filminin ulduzu Den Eykrod 39 illik həyat yoldaşı Donna Diksondan ayrılır.

Sozcu.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə cütlük “People” nəşrinə müsahibəsində danışıb. Onlar artıq biri-birini dost kimi sevdiklərini bildiriblər:

“39 illik birgə ömür yolundan sonra biz müxtəlif həyat yollarıyla gedirik. Qanuni nikahda qalırıq. Valideyn, həmkar və biznes tərəfdaşları olmağa davam edəcəyik. Bu, bizim seçimimizdir, çünki hələ biri-birimizi sevirik, amma dost kimi”.

Qeyd edək ki, cütlüyün münasibəti 1982-ci ildə “Detroyt həkimi” filminin çəkilişləri zamanı başlamışdı.

Facebook Comments