Zelenski BMT-nin Baş katibi ilə danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antonio Quterreşlə telefonla danışıb.

Sozcu.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.

Məlumatda bildirir ki, dövlət başçısı baş katibdən Mariupoldakı Azovstal zavodu ərazisindəki mülki şəxslərin və yaralıların təxliyəsinin təşkilinə kömək göstərməsini xahiş edib.

Facebook Comments